ABŞ və Rusiya Bəşər Əsədlə bağlı razılaşacaq? – Vaşinqtondan CAVAB
Bizi izləyin

Yaxın Şərq

ABŞ və Rusiya Bəşər Əsədlə bağlı razılaşacaq? – Vaşinqtondan CAVAB

Rusiyanın İrana təzyiqinə əvəz olaraq ABŞ-ın Suriya prezidenti Bəşər Əsədin legitimliyini tanıması barədə Səudiyyə Ərəbistanının KİV-ində gedən xəbərlər həqiqətəuyğun deyil.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Suriya üzrə ABŞ-ın xüsusi nümayəndəsi Ceyms Ceffri bildirib.

“Yaxın Şərq üzrə görüş olacaq, amma biz detallar üzərində işləyirik. Və əlbəttə, hələlik heç bir belə razılaşma yoxdur. Mən bu nəşrlərə etibar etməzdim”, - o Vaşinqtonda Yaxın Şərq İnstitutunda deyib.

Daha əvvəl qərb diplomatik mənbələrinə istinadən “Asharq Al-Awsat” nəşri bildirib ki, ABŞ və İsrail Qüdsdə üçtərəfli görüşdə Rusiyaya Əsədin legitimliyinin tanınması və Suriya hakimiyyəti üzərindəki sanksiyaların ləğvini təklif etmək niyyətindədir. Nəşrə görə, Rusiya bunun qarşılığında Suriyada İran təsirinin dayandırılması ilə bağlı razılaşmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm