Ordu ikinci əməliyyatına başladı: Müdafiə naziri sərhədə getdi
Bizi izləyin

Yaxın Şərq

Ordu ikinci əməliyyatına başladı: Müdafiə naziri sərhədə getdi

Türkiyənin Müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin İraqın Haftanin bölgəsində keçirdiyi “Pəncə-Aslan” əməliyyatının hərəkat mərkəzinə gedib.

Publika.az xəbər verir ki, naziri ordunun baş qərargah rəisi Yaşar Güler və ordu komandanları müşayiət edib.

Hərbi rəsmilər sərhəd komandaları ilə toplantıya qatılıb.

Qeyd edək ki, “Pəncə-Aslan” əməliyyatı son dövrlərdə İraqın şimalından Türkiyənin hərbi mövqelərinə hücum edən PKK terror təşkilatına qarşı həyata keçirilir. “Pəncə-Qartal” əməliyyatının ardınca təşkil edilən hərəkat planlaşdırıldığı şəkildə davam edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm