Ankara israilli nazirə göndərdiyi dəvəti geri çəkdi
Bizi izləyin

Yaxın Şərq

Ankara israilli nazirə göndərdiyi dəvəti geri çəkdi

Türkiyə Antalya Diplomatiya Forumu çərçivəsində keçiriləcək tədbir üçün İsrailin enerji naziri Yuval Steinitzə göndərdiyi dəvəti geri çəkib.

Axar.az xəbər verir ki, dəvətin ləğv edilməsinə səbəb son vaxtlar İsrailin fələstinlilərə qarşı artan hücumları göstərilib. Dəvətin geri çəkildiyi barədə məlumat İsrail tərəfinə Türkiyənin Təl-Əviv səfirliyi vasitəsilə çatdırılıb.

Qeyd edək ki, Antalya Diplomatiya Forumu 18-20 iyun tarixlərində keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm