ABŞ və İran arasında tarixi hadisə - 30 il sonra ilk dəfə
Bizi izləyin

Yaxın Şərq

ABŞ və İran arasında tarixi hadisə - 30 il sonra ilk dəfə

İran İslam Respublikası 1991-ci ilin noyabrından ilk dəfə ABŞ-a gündəlik 33 min barel həcmdə neft ixrac edib.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyası İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, İran sonuncu dəfə 1991-ci ilin noyabrında ABŞ-a neft ixrac edib. Həmin vaxt təchizatın gündəlik həcmi 64 min barel təşkil edib.

Öz növbəsində Rusiya da ABŞ-a neft və neft məhsullarının ixracını fevralla müqayisədə 1,8 dəfə - 22,94 milyon barelə qədər artırıb. Beləliklə, Rusiya yanacağın həcminə görə ikinci yerə yüksəlib. Siyahıda birinci yeri Kanada (139,87 milyon barel) tutub. Üçüncü yerdə 17,62 milyon barellə Meksika qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm