Yaxın Şərq
İsraildən Rusiya və Argentina ilə bağlı QADAĞA
İsrailin hakimiyyət orqanları koronovirusun yayılması ilə əlaqədar mayın 31-dən etibarən ölkə vətəndaşlarının səfərləri qadağan olunan ölkələrin siyahısına Rusiya və Argentinanı da əlavə edib.
Publika.az xəbər verir ki, bu gün İsrailin səhiyyə naziri məlumatı təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, qadağa həmin ölkələrdə maksimal yoluxma riski ilə bağlıdır. Səfərlərə yalnız xüsusi hallarda icazə verilə bilər.
Nazirlikdən xatırladıblar ki, “qırmızı sıyahıda” artıq Ukrayna, Efiopiya, Braziliya, Cənubi Afrika Respublikası, Hindistan və Türkiyənin adları var. Bu ölkələrə səyahət icazəsi yalnız səlahiyyətləndirilmiş komissiya tərəfindən verilir. COVID xəstəliyi keçirmiş və peyvəndlənmiş şəxslər də daxil olmaqla, həmin ölkələrdən İsrailə qayıdan bütün sərnişinlər 14 gün ev şəraitində karantin keçməlidir.
Sərəncamın iyunun 13-dək qüvvədə olduğu və müxtəlif ölkələrdə yoluxmanın səviyyəsindən asılı olaraq müddətin artırılacağı bildirilir.
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial26 Dekabr 17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı