Yaxın Şərq
İsrail repatriant dalğasına hazırlaşır - Səbəb AÇIQLANDI
İsrail hökuməti Rusiyanın Ukraynaya hücumu səbəbindən yaxın aylarda ölkəyə gələ biləcək yeni repatriant (vətənə qayıtma) dalğasına hazırlaşır.
Publika.az xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid deyib.
"Yaxın aylarda on minlərlə yeni repatriant gözləyirik. Biz buna hazırlaşırıq və alqışlayırıq", - baş nazir bildirib.
Lapid həmçinin bəyan edib ki, hökumət yəhudi dövlətinə qayıdanlar üçün yeni yardım paketi hazırlayır. Mühacirlərin inteqrasiyası üçün xüsusi fonddan əlavə 25 milyon dollar ayrılacaq.
Onun sözlərinə görə, Repatriasiya və İnteqrasiya Nazirliyi yaxın günlərdə yəhudilərin İsrailə kütləvi repatriasiyasının yeni dalğasına hazırlıq qaydasını müəyyən etmək üçün xüsusi komissiyanın bir sıra iclaslarını keçirəcək.
Həmçinin, İsrail vətənə qayıtmaq hüququ olan və Ukraynada döyüşmək istəməyən vətəndaşların Rusiyadan çıxarılmasını istisna etməyib. Hazırda Rusiyadan İsrailə uçuşların sayının mümkün artırılması ilə bağlı məsləhətləşmələr aparılır.
Hüseyn İbadlı
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər