ŞOK İDDİA: Netanyahu gizli məktub yazdı, bu ölkədən HƏMAS üçün pul istədi
Bizi izləyin

Yaxın Şərq

ŞOK İDDİA: Netanyahu gizli məktub yazdı, bu ölkədən HƏMAS üçün pul istədi

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən HƏMAS üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi iddia edilib.

Publika.az xəbər verir ki, Baş nazir Binyamin Netanyahu Qəzzaya olan hücumlara reaksiyalar, dünyanın hər yerindən atəşkəs çağırışları və ölkədə səngiməyən etirazlar, həmçinin “gizli məktub”la küncə sıxışdırılıb.

“Yediot Ahronot” qəzetindəki xəbərdə, yalnız bir neçə nəfərin gördüyü deyilən məktubda Netanyahunun Qətərdən Qəzzaya aylıq 30 milyon dollar maliyyə yardımı etməsini istədiyi bildirilib.

Məktubda Netanyahunun HƏMAS-a veriləcək maliyyənin “regional sabitliyi qoruyacağını və humanitar böhranın qarşısını alacağını” ifadə etdiyi vurğulanıb.

Xəbərlə bağlı İsrail baş nazirliyindən hələlik heç bir cavab alınmadığı bildirilib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm