Festivalda faciə: yanan heykəl insanların üzərinə aşdı
Bizi izləyin

Yaxın Şərq

Festivalda faciə: yanan heykəl insanların üzərinə aşdı

Hindistanda festival sırasında yandırılan heykəllərdən biri insanların üzərinə aşıb.

Publika.az xəbər verir ki, nəticədə xeyli sayda insan yanıq xəsarətləri alıb.

Hadisə Hindistanın Yamuna Nagar şəhərində baş verib.

Məlumata görə, Ravan Dahan festivalında ənənəvi olaraq bir neçə metr hündürlüyündə olan heykəllərin yandırılmasından sonra ard-arda partlayışlar qeydə alınıb.

Yaralıların dəqiq sayı açıqlanmasa da, yüzə yaxın festival iştirakçısının yanıq xəsarətləri ilə xəstəxanaya çatdırıldığı bildirilir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm