HƏMAS silahı yerə qoyur: Cəmisi bir şərti var
Bizi izləyin

Yaxın Şərq

HƏMAS silahı yerə qoyur: Cəmisi bir şərti var

İslamçı HƏMAS qruplaşması Fələstin dövlətçiliyi tanınarsa, silahı yerə qoyacaq.

Publika.az xəbər verir ki, bunu “Associated Press” (AP) agentliyinə müsahibəsində hərəkatın Siyasi Bürosunun üzvü Xəlil əl-Həyya deyib.

“HƏMAS-ın yüksək səviyyəli siyasi rəsmisi deyib ki, silahlı qrup İsraillə beş il və ya daha çox müddətə atəşkəsə razılaşmağa hazırdır və 1967-ci ildən əvvəlki sərhədlər daxilində müstəqil Fələstin Dövləti yaradılarsa, silahı yerə qoyub siyasi partiyaya çevriləcək”, - materialda qeyd edilib.

Əl-Həyya onu da əlavə edib ki, HƏMAS məğlub olarsa, Təl-Əvivlə döyüşəcək yeni qruplar yarana bilər.

Bundan əvvəl Fələstin Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə demişdi ki, HƏMAS Rusiyanı Qəzzanın təhlükəsizliyinin təminatçısı kimi görmək istəyir. O vurğulayıb ki, qrup hər zaman qarant ölkələr tələbini irəli sürür, lakin İsrail davamlı olaraq buna qarşı çıxır.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm