İranın qisas planı ortaya çıxdı: bu cür hücuma keçəcək
Bizi izləyin

Yaxın Şərq

İranın qisas planı ortaya çıxdı: bu cür hücuma keçəcək

Türkiyənin “Axşam” qəzetinin yazarı Eray Güçlüer İsmail Haniyənin öldürülməsindən sonra İranın reaksiyasını təhlil edib. Güçlüer bildirib ki, İran İsrailə qarşı hərtərəfli müharibəyə girməyəcək və asimmetrik hücumlara keçə bilər.

Publika.az xəbər verir ki, Güçlüer ABŞ və Qərbin İrana təzyiqlərinin artdığını vurğulayıb.

O əlavə edib ki, İran çıxış yolu axtarır:

“HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürüldükdən sonra bütün gözlər İranın necə cavab verəcəyinə çevrilib. İranın cavabının necə olacağını anlamaq üçün reallığa yerində baxmaq lazımdır. İran İsraili təhdid edən bəyanatlar verməkdə davam edir. Əvvəla, nə İran, nə də İsrail aralarındakı coğrafi məsafəyə görə quru müharibəsi apara bilər. İkincisi, aprelin 13-də İranın həyata keçirdiyi raket hücumu, başqa sözlə, atəşli hücum nəticə vermədiyindən və hətta İran əleyhinə təbliğata çevrildiyindən Tehranın yenidən eyni hücumu seçməsi məntiqli görünmür. Ona görə də İranın asimmetrik üsullara müraciət etməsi daha məntiqli görünür”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm