Qəzza zolağında HƏMAS-ın qərargahı MƏHV EDİLDİ
Bizi izləyin

Yaxın Şərq

Qəzza zolağında HƏMAS-ın qərargahı MƏHV EDİLDİ

İsrail hərbçiləri Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadının Qəzza zolağının Beyt Hanun şəhərindəki qərargahına zərbələr endirib.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) "Telegram" kanalında məlumat verilib.

Ordunun mətbuat xidmətinin məlumatına görə, bu obyekt yerli Raazi əl-Şua məktəbinin ərazisində yerləşirdi. Daha əvvəl təhsil müəssisəsi kimi istifadə edilən kompleksin daxilində təchiz edilmiş HƏMAS-ın komanda-nəzarət mərkəzinə hücumun İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyi dəqiqləşdirilir.

İDF-nin məlumatına görə, Hərbi Hava Qüvvələri İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin kəşfiyyat məlumatlarına əsasən rəhbərlik edib.

İsrail ordusunun məlumatına görə, sözügedən HƏMAS qərargahı əməliyyat sığınacağı və son həftələrdə İDF və İsrail qoşunlarına qarşı raket hücumlarının planlaşdırılması və həyata keçirilməsi üçün yer kimi istifadə edilib.

Qeyd edək ki, sentyabrın 15-də səhər saatlarında İsrail Müdafiə Qüvvələri ölkənin mərkəzinə yer-yer tipli raketin düşdüyünü bildirib. Bir gün əvvəl Livandan atılan iki “hava hədəfi” İsrailin şimalında Kiryat Şmona şəhəri yaxınlığında düşüb.

Hüseyn İbadllı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm