Generalların planı: İsrail tankları bu ölkəyə girdi
Bizi izləyin

Yaxın Şərq

Generalların planı: İsrail tankları bu ölkəyə girdi

Qəzzada və Livanda müharibənin getdiyi vaxt İsrail tanklarının Suriya sərhədlərini keçdiyi haqda məlumatlar yayıldı. Əsəd rejimi bu xəbərləri təkzib etdi, hərçənd, baş verənlər, xüsusilə Təl-Əvivin əməliyyat hədəfləri fonunda təsadüfə bənzəmir.

Publika.az
xəbər verir ki, Türkiyənin “haber7” saytı İsrailin Suriya hədəfini bir neçə kontekstdə dəyərləndirib.
Birincisi, Suriyada mümkün əməliyyatlar diqqəti Qəzzada baş verənlərdən yayındıracaq.
İkincisi, bununla "Hizbullah"ın Suriya-Livan əlaqələrini nəzarətə götürmək və kəsmək imkanı yarana bilər.
Üçüncüsü, Suriyada siyasi tarazlığın pozulması və ABŞ-ı müharibəyə cəlb etmək planlarıdır.

Sayt qeyd edir ki, bu, İsraildə “generalların planı” adlandırılır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm