Səhiyyə
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - FOTO
Bu ilin aprel ayında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin binasının üzərindən Cümhuriyyətin qurucularından Məhəmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz" sözlərinin əks olunduğu lövhə götürülmüşdü.
Publika.az xəbər verir ki, həmin vaxt binada təmir işlərinin aparıldığı, təmirdən sonra sözügedən lövhənin öz yerinə bərpa olunacağı bildirilirdi.
Lakin sosial şəbəkələrdə binanın təmirinin bitdiyi, lakin hələ də lövhənin qoyulmaması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə əlaqədar "Qafqazinfo" Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətindən verilən məlumata görə, binanın yeni görünüşünə uyğun lövhə hazırlanaraq yerinə asılacaq: "Bina müasir üslubda əsaslı təmir edilib. Məhəmməd Əmin Rəsulzadənin sözlərinin və bayraq arnamentinin konseptual layihəsinin binanın yeni görünüşünə uyğun hazırlanması məqsədilə bir neçə layihə şirkətinə sorğu göndərilib. Konseptual layihə seçildikdən sonra, quraşdırma işlərinin həyata keçirilməsi prosesinə başlanılacaq".
-
Nida Xəbər 18:48Azərbaycan FAMEX-ə dəvət edildi
-
Nəqliyyat18:36BDYPİ hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi - FOTO
-
İdman18:24“Real” ulduzu ilə müqaviləni uzatdı - Maaşı da artırıldı
-
Enerji18:12Azərbaycan nefti ucuzlaşdı18:15
-
Hadisə17:15Keçmiş rabitə və informasiya texnologiyaları nazirinə ağır itki üz verdi
-
Nida Xəbər 16:10Əli Kərimli erməni lobbisi tərəfindən niyə mükafatlandırıldı?
-
Magazin216:0513 min manatlıq çanta ilə poza verdi - FOTO
-
Region15:47Paşinyan: "Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm!"




































