"Hizbullah"dan İsrail sakinlərinə ŞOK ÇAĞIRIŞ - "Dərhal evlərininizi tərk edin, raket zərbələri üçün..."
Bizi izləyin

Yaxın Şərq

"Hizbullah"dan İsrail sakinlərinə ŞOK ÇAĞIRIŞ - "Dərhal evlərininizi tərk edin, raket zərbələri üçün..."

Livanın "Hizbullah" hərəkatı İsrailin şimalındakı 25 yaşayış məntəqəsinin sakinlərini evlərini tərk etməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətinin "Telegram"da yayımladığı ivrit dilində videomüraciətində deyilir.

"İsrailin şimalındakı 25 yaşayış məntəqəsinin sakinləri yaşayış yerləri hərbi hədəflərə çevrildiyi üçün dərhal evlərini tərk etməli və təxliyə edilməlidir.

Kəndləriniz Livana hücum edən hərbi qüvvələrin evinə çevrilib və buna görə də hava və raket zərbələri üçün qanuni hərbi hədəfə çevrilib", - bəyanatda deyilir.

Xatırladaq ki, oktyabrın 26-da "Hizbullah" bir gündə İsrailə qarşı 48 hərbi əməliyyat keçirdiyini açıqlayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm