Yaxın Şərq
Türkiyə Suriyadakı sistemləri bu cür sıradan çıxarıb - Fransa kəşfiyyatı
Türkiyənin qabaqcıl elektron döyüş sistemləri Əsəd rejiminin Suriyadakı hərbi kommunikasiya infrastrukturunu tamamilə sıradan çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə məlumat Fransa hərbi kəşfiyyatının hesabatında yer alıb.
Deyilir ki, bu əməliyyatlar Suriya rejiminin sıx şəkildə istifadə etdiyi Rusiyanın "Arakis" və "Azart" radio sistemlərini də zərərsizləşdirərək Türkiyəyə döyüş meydanında strateji üstünlük və regional güc dinamikasını dəyişdirmə potensialı qazandırıb.
Hesabata görə, bu uğurun açarı ASELSAN-ın Türkiyənin müdafiə sənayesi tərəfindən hazırlanmış "Milkar" və "İlqar" sistemləridir. "Milkar" düşmən rabitəsini pozarkən, "İlqar" mobil elektron hücum sistemi kimi xidmət edir. Bu sistemlər Türkiyəyə elektron müharibə əməliyyatlarında əhəmiyyətli üstünlüklər qazandırıb.
Hesabatda qeyd olunur ki, Türkiyə Ukraynada ələ keçirilən Rusiya sistemlərinin təhlili və NATO-ya dolayı dəstək vasitəsilə elektron müharibə imkanlarını genişləndirib. Bu inkişaflar Türkiyəyə öz elektron müharibə texnologiyalarını daha da inkişaf etdirməyə imkan verib.
Bundan əlavə, hesabatda Türkiyənin regional hərbi balansı dəyişdirmək potensialı ilə artan liderliyi vurğulanır, həm də Türkiyənin müdafiə texnologiyası sahəsindəki yenilikləri təkcə Suriyaya təsir etmir strateji olaraq hazırlanmış daha geniş bölgəyə təsir edib.
Adəm Abbaslı
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək
-
Magazin108:36Vəfat edən əri ilə bağlı paylaşım etdi - VİDEO
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO
-
Sosial04:14Mətanət Qarayeva vəzifəsindən azad edildi




































.jpg)


