Vaqif Əsədov uşaq avtokreslosu ilə bağlı əslində nə demək istəyib? - Dj. Turalın ŞƏRHİNDƏ
Bizi izləyin

Nəqliyyat

Vaqif Əsədov uşaq avtokreslosu ilə bağlı əslində nə demək istəyib? - Dj. Turalın ŞƏRHİNDƏ

DYP-nin rəsmisi Vaqif Əsədov bir açıqlama edib.

DYP-nin rəsmisi Vaqif Əsədov bir açıqlama edib.

Tanınmış ekspert Dj. Tural öz rəsmi saytında həmin açıqlama ilə bağlı sürücüləri düşündürən suallara daha detallı aydınlıq gətirib.

Hamıda bu açıqlamanı bir ucdan belə paylaşıb : "DYP-dən yeni qərar". Sözün doğrusu, mən bu cür yazanları anlayıram. Onlar İP qazanmaq üçün bu addımı atırlar. Bəs Vaqif Əsədov nə deyib ?

“Bu, yolverilməz haldır və təhlükəlidir. Sürücülərdən xahiş edirik ki, xüsusilə pik saatlarda, dərsdən gəlib-getmə zamanlarında, eyni zamanda azyaşlıların daşınması zamanı 12 yaşınadək uşaqların xüsusi oturacaqlarda oturmasını təmin etsinlər. Əks halda, qanunun tələbinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunacaqlar. Ən azından öz övladınızın həyati təhlükəsizliyi üçün bunu etməyə borclusunuz. Çünki yol qəzası baş verən zaman avtomobilin çırpılması ətalət qüvvəsi yaradır və nəticədə azyaşlı ağır xəsarət alır, bu da ölümə səbəb ola bilər”. Bu saytlarda tirajlanmış müsahibədir. Bu isə müsahibənin əslidir:

Və bu barədə yazanlar göz görə-görə informasiyanı yanlış çatdırırlar. Vaqif Əsədov ön oturacaqdan danışır. Və bu danışdığı yeni bir qərar deyil. Bu hər zaman belə olub və buna görə cərimə də yazılır. Ön oturacaqda 12 yaşına qədər olan uşaq avtokreslosuz əyləşərsə, bu qayda pozuntusudur. Çox maraqlıdır ki, bu barədə ən çox danışan jurnalist mənəm. Və daim mən qanunda olan boşluqdan danışıram. Bu qanunun ən BÖYÜK boşluğu arxa oturacaqda uşaqları necə daşıyacağınızdır. İstədiyiniz kimi. Bizim "Yol hərəkəti haqqında" Qanun uşaqların ölməsini istəyir. Çünki bizim qanunda uşaqların arxa oturacaqda daşınma qaydası yoxdur.

Məhz bu cür "jurnalist"lərə görə adımız bədnamdır. Adamın demədiyi şeyi tirajlayırlar. Camaat da buna inanır. Əslində isə sürücü olan və imtahan vermiş şəxs bunu mütləq bilməlidir : YHQ 56-cı maddə - 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları həmin nəqliyyat vasitələrində daşımaq qadağandır. (Enter.News)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm