Nəqliyyat
Sərnişindaşıma ilə məşğul olan şirkətlər birləşdirilir
Bakının inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərin birləşdirilməsi prosesinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən Publika.az-a
verilən məlumata görə, təşəbbüsü ilə başladılan birləşmə prosesi
daşıyıcıların istəyinə əsasən həyata keçirilir. Məqsəd müntəzəm
marşrut xətlərinin müvəqqəti istismarı ilə məşğul olan
daşıyıcıların sayının azaldılması yolu ilə bu sahədə nəzarət
mexanizminin gücləndirilməsi və operativliyin artırılmasıdır.
Birləşmə prosesi çərçivəsində ilkin olaraq 105 (Qara Qarayev pr. -
Balaxanı qəs.), 146 (Yeni Suraxanı qəs. - Şüvəlan qəs.), 204
(“Koroğlu” metro stansiyası - Yeni Suraxanı qəs.), 213 (“Qara
Qarayev” metro stansiyası - Suraxanı qəs.), 216 (“Koroğlu” metro
stansiyası - Yeni Suraxanı qəs.) nömrəli marşrut xətinin müvəqqəti
istismarını həyata keçirən 5 fiziki şəxs maddi-texniki bazalarının
qənaətbəxş səviyyədə olmaması səbəbindən birləşərək vahid daşıyıcı
"6 Dost" MMC adı altında fəaliyyət göstərəcək. Sərnişindaşıma
sahəsində göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə
təsis edilən “6 Dost” MMC - müvafiq maddi-texniki baza ilə,
avtonəqliyyat vasitələri ilə, “D” kateqoriyalı sürücü heyəti ilə
təmin edilib.
Qeyd edək ki, Bakı şəhəri üzrə marşrut sxemləri və hərəkət
qrafiklərinin optimallaşdırılması işləri çərçivəsində hazırkı
vəziyyətdə daşıyıcıların maddi-texniki bazaları təhlil olunmaqla
onların da birləşdirilməsi prosesi davam etdiriləcək.
Məlumat üçün onu da bildirək ki, daşıyıcılar qarşısında istehsalat bazalarının yenilənməsi ilə bağlı qoyulan tələb də yerinə yetirilməkdədir. Artıq 10 marşrut xəttinin istismarını həyata keçirən “Çinar-Trans” MMC və 5 marşrut xəttinin istismarını həyata keçirən bir fiziki şəxs yeni müasir standartlara uyğun istehsalat bazasında fəaliyyət göstərməkdədir.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək