Balaxanı yolunda hərəkət məhdudlaşdırılır - XƏRİTƏ
Bizi izləyin

Nəqliyyat

Balaxanı yolunda hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

Bu gündən etibarən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə,qismən məhdudlaşma 2 gün ərzində qüvvədə olacaq.

“Məhdudiyyət asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədardır. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur”-deyə, “Azəravtoyol” ASC-dən bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm