Nəqliyyat
Qapını açıq saxlayanlar İŞDƏN QOVULACAQ - FOTO
Bakı Nəqliyyat Agentliyi mövsümlə bəzi sürücülərin avtobusları qapısı açıq şəkildə idarə etmələrinin qarşısını almaq məqsədilə monitorinqlərə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Baş direktorunun müşaviri Mübariz Abbasov sürücülərlə görüşdə xəbərdarlıq edib.
“Monella” MMC və “Xaliq Faiqoğlu” MMC-nin sürücüləri ilə keçirilən görüşdə M.Abbasov bildirilib ki, bu cür hallara yol verən sürücülərə qarşı ciddi inzibati tədbirlər görülməklə yanaşı, onlar sərnişin daşımalarından da kənarlaşdırılacaq. Həmçinin, vurğulanıb ki, sürücülər avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalı, reysqabağı tibbi müayinədən keçməli, idarə edəcəyi nəqliyyat vasitəsinin reysqabağı texniki yoxlamadan keçdiyinə əmin olmalı və zəruri sənədləri əldə etdikdən sonra reysə çıxmalıdır. Sürücülər avtobusu marşrut sxemi üzrə bütün dayanacaq məntəqələrində saxlamalıdır. Sürücülərə sərnişinlərlə nəzakətli rəftar etmək, sərnişinlərin təhlükəsizliyini təmin etməklə yaranmış problemi aradan qaldırmaq üçün mümkün tədbirləri görmələri də tapşırılıb.
Görüşdə sürücülərin şikayət və təklifləri də dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı