Bakı Nəqliyyat Agentliyi 4 marşrut sahibinə XƏBƏRDARLIQ etdi
Bizi izləyin

Nəqliyyat

Bakı Nəqliyyat Agentliyi 4 marşrut sahibinə XƏBƏRDARLIQ etdi

Sahil metrosunda aparılacaq təmir işləri zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin həmin istiqamətdə rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) 5,18, 88 və 125 nömrəli müntəzəm marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq məktubu göndərib.

BNA-dan verilən xəbərə görə, daşıyıcılara təmir işləri başa çatanadək avtobuslararası intervala maksimum dərəcədə əməl etmək tapşırılıb.

“Həmçinin sərnişin axınına uyğun olaraq zərurət olacağı halda interval azaldılsın. Eyni zamanda, ehtiyac olarsa, sözügedən marşrut xətləri üzrə avtobusların sayının artırılması da daşıyıcılara tapşırılıb”, - deyə məlumatda vurğulanıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm