O sürücü İŞDƏN QOVULDU
Bizi izləyin

Nəqliyyat

O sürücü İŞDƏN QOVULDU

Sentyabrın 20-də 66 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusların birində sürücü işindən azad edilib.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, sürücü tərəfindən qanunverciliyin, yol hərəkəti qaydalarının tələbinin kobud şəkildə pozulmasına dair KİV-də və sosial şəbəkələrdə yayılan video görüntüylə bağlı Agentlik tərəfindən dərhal zəruri tədbirlərin görülməsinə başlanılıb. Sözügedən görüntülərdə sürücünün nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin qapısının açıq vəziyyətdə saxlanılması, sərnişinlərin həyatının təhlükəyə atması açıq-aşkar müşahidə olunur. 66 nömrəli müntəzəm marşrut xəttində çalışan sürücü Teymurov Elşən Zahid oğlu Agentliyin tələbi əsasında daşıyıcı tərəfindən işdən azad edilib.
Qeyd edək ki, ictimai qınaq olaraq sərnişinlər də bu kimi məsələlərə biganə qalmamalıdırlar. Onların təhlükəsizlik qaydalarına, müəyyən olunmuş təlimatlara əməl etmələrinin vacib olduğu əsas məqamlardan biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm