Poltavadan Azərbaycana aviareys açıla bilər
Bizi izləyin

Nəqliyyat

Poltavadan Azərbaycana aviareys açıla bilər

Ukraynanın Nazirlər Kabineti Poltava şəhər aeroportu ərazisində dövlət sərhədindən keçmək üçün beynəlxalq buraxılış məntəqəsinin açılmasını təsdiq edib.

“Report” xəbər verir ki, qərar barədə infrastruktur naziri Vladimir Omelyan öz "Facebook" səhifəsində məlumat verib.

"Hökumətin qərarı ilə Poltava aeroportuna "beynəlxalq" statusu verildi. Poltavalıları təbrik edirik, vilayət rəhbəri Qolovko bunun üçün çox çalışdı və şadam ki, bu bizə nəsib oldu", – deyə o qeyd edib.

Vilayət rəhbərliyi bundan əvvəl bəyan edib ki, "Poltava" hava limanı üçün yeni statusun alınması eyniadlı şəhərdən Azərbaycan, Gürcüstan, BƏƏ, Misir və digər ölkələrə aviareyslər açmaq imkanı verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm