Bu yollar bağlanır - Təmirə görə
Bizi izləyin

Nəqliyyat

Bu yollar bağlanır - Təmirə görə

Aparılan təmir işləri ilə əlaqədar bu gecə iki ərazidə hərəkətin məhdudlaşdırılması nəzərdə tutulub.

Avtomobil Yolları Dövlət Agentliyindən Publika.az-a verilən xəbərə görə, məhdudlaşdırma qısa müddətlik Nərimanov rayonu, Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində, həmçinin Qaradağ rayonu Lökbatan-Qobu avtomobil yolunun Lökbatan qəsəbəsi istiqamətindən tətbiq ediləcək.

Agentlik sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm