O maşınlara yola çıxmaq... - Rəsmi XƏBƏRDARLIQ
Bizi izləyin

Nəqliyyat

O maşınlara yola çıxmaq... - Rəsmi XƏBƏRDARLIQ

“Bəzi kənd təsərrüfatı texnikaları standartdan geri qalır və ya köhnə avtomobil vasitələridir. Onunla yola çıxmaq belə, doğru deyil”.

Publika.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbirdə çıxışı zamanı deyib.

İ.Əliyev bildirib ki, avtomobillərin bu problemi magistral yollarda zaman-zaman nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur:

“Avtomobil yolları yenidən qurulur, lakin texnika köhnədirsə, yollarda görülən işlər qəzaların qarşısını ala bilmir. Həm sərnişin daşıma, həm də yükdaşıma ilə bağlı bu istiqamətdə müəyyən təkliflər hazırlamışıq. Habelə kənd təsərrüfatı texnikaları sahəsində də olan texniki vasitələrlə bağlı layihə hazırlamışıq”.

İ.Əliyev onu da əlavə edib ki, hazırda ölkəmizdə beynəlxalq daşımalarda iş daha yaxşı qurulub:

“Bu sahədəki daşıyıcıların qeydiyyatı aparılır, onlara daim təlimlər həyata keçirilir. Beynəlxalq daşıyıcılar təkcə sərnişin deyil, həm də kənd təsərrüfatı məhsulları da daşıyır. İlin sonuna kimi bu sahədə yeniliklərimiz olacaq. Bu məsələdə yol hərəkətində təhlükəsizlik vacib amildir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm