Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK
Bizi izləyin

Nəqliyyat

Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir.

“Azərbaycan Dəmir Yolları”QSC-dən Publika.az-a verilən məlumata görə, Bakı-sərnişin-Keşlə mənzilinin cüt baş yolunda aparılan əsaslı təmir işləri ilə əlaqədar oktyabrın 19-u saat 00:00-dan etibarən 31 oktyabr (daxil olmaqla) saat 00-00-dək “Texniki fasilə” verilir.

Bununla əlaqədar olaraq oktyabrın 22-dən 31-dək (daxil olmaqla) tarixinədək həftənin I-V günləri Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir.

20, 21, 27, 28/10-2018-ci il tarixlərində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti ləğv edilir.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə ətraflı məlumatı daim yenilənən www.ady.az saytından əldə edə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm