Bakı-Sumqayıt qatarında gediş haqqı dəyişir
Bizi izləyin

Nəqliyyat

Bakı-Sumqayıt qatarında gediş haqqı dəyişir

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında gediş haqqında dəyişikliklər ediləcək.

“Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Publika.az-a verdiyi məlumata görə, yenilik yanvarın 28-dən tətbiq ediləcək.

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarına minik zamanı keçid turniketlərində və bilet kassalarında və köşklərdə yaranan növbələrin aradan qaldırılması məqsədi ilə kağız biletlər ilə yanaşı elektron plastik kartlar istifadə edilir. Bu da sərnişinlərin turniketlərdən vaxt itkisinə yol vermədən sərbəst keçidini təmin edir.

Sərnişinlər kağız biletlərdən istifadə etdikdə, biletlərin yararsız hala düşməsi səbəbindən turniketlərdən keçid zamanı problemlərin yarandığını nəzərə alaraq, eyni zamanda bilet satışı köşklərində, kassalarda yaranmış növbələrin tam aradan qaldırılması, həmçinin sərnişinlərin plastik kartlardan daha çox istifadəyə cəlb edilməsi və bununla da gediş-gəliş zamanı sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə kağız biletlər və plastik kartlarla gediş haqqı arasında qiymət fərqi tətbiq ediləcək.

Bundan başqa, sözügedən qatarların biznes sinifli vaqonlarında gedişə olan tələbin təklifə uyğunlaşdırılması məqsədilə gediş haqqı tənzimlənəcək.

İstiqamət

Tarif (manatla)

(ƏDV daxil olmaqla)

Ekonom

Biznes

Plastik kartla

çap olunmuş

biletlə

Plastik kartla

çap olunmuş

biletlə

Bakı-Sumqayıt (Sumqayıt-Bakı)

1,0

1,10

2,00

2,10

Bakı-Biləcəri (Biləcəri-Bakı)

0,40

0,50

1,60

1,70

Bakı-Xırdalan (Xırdalan-Bakı)

0,60

0,70

1,80

1,90

Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri)

0,40

0,50

1,20

1,30

Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri)

0,80

0,90

1,80

1,90

Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan)

0,60

0,70

1,60

1,70

Oxumağa davam et
Reklam
Reklam

Gündəm