Sürücülərin nəzərinə - Bu yollarda diqqətli olun
Bizi izləyin

Nəqliyyat

Sürücülərin nəzərinə - Bu yollarda diqqətli olun

Bakının bəzi mərkəzi küçələrində rənglənmə işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Neftçilər prospektinin Rixard Zorge küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinədək, həmçinin Yusif Səfərov küçəsinin Heydər Əliyev prospektinə doğru olan hissəsində bu gecə saat 22:00-dan səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsinişləri aparılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm