Bu yol qismən bağlanacaq
Bizi izləyin

Nəqliyyat

Bu yol qismən bağlanacaq

Biləcəri qəsəbəsinin Ordubadi küçəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bunu Publika.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə martın 7-də səhər saatlarından etibarən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsində təmir-tikinti işlərinə başlanılır.

"Sürücülərdən təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına, həmçinin yol hərəkəti qaydalarına əməl etmələri və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələrinə üstünlük vermələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm