Bakıda yol polisi əməkdaşlarından nümunəvi HƏRƏKƏT – FOTOLAR
Bizi izləyin

Nəqliyyat

Bakıda yol polisi əməkdaşlarından nümunəvi HƏRƏKƏT – FOTOLAR

Bakıda yol polisi əməkdaşlarının yolda köməyə ehtiyacı olan sürücüyə etdiyi yardım böyük rəğbətlə qarşılanıb.

Publika.az xəbər verir ki, Nizami rayonu ərazisində Rüstəm Rüstəmov küçəsi ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində “VAZ 2104” markalı avtomobilin damındakı baqaja bərkidilmiş taxta materialı yolu tökülüb. Küçələri birləşdirən dairədə sıxlığın yarandığını və avtomobil sürücüsünün köməyə ehtiyacının olduğunu görən yol patrul xidmətinin əməkdaşları dərhal əraziyə yaxınlaşıb. DYP əməkdaşları xidməti maşından düşərək köməksiz vəziyyətdə qalmış yaşlı sürücüyə kömək ediblər. Onlar yola tökülmüş taxtaları maşının baqajına yığaraq bərkidiblər və ərazidə hərəkətin normallaşmasını təmin ediblər.

Hadisə şahidləri baş verənləri lentə alıb.

Həmin fotoları təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm