Ukraynanın Rusiyaya endirdiyi zərbələr NATO müttəfiqlərini PARÇALADI
Bizi izləyin

Avropa

Ukraynanın Rusiyaya endirdiyi zərbələr NATO müttəfiqlərini PARÇALADI

"Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələr NATO müttəfiqləri olan ABŞ , Böyük Britaniya və Fransanı iki düşərgəyə parçalayıb".

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti yazır.,

Nəşrin ekspertlərinin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri ölkələr arasında münasibətlərdə nifaq yaradıb, çünki Vaşinqton bu cür hücumları dəstəkləmir, London və Paris isə münaqişəni gərginləşdirməyə çalışır.

"Böyük Britaniya və ABŞ arasında xüsusi münasibətlər Ukrayna ilə bağlı strategiya ilə bağlı fikir ayrılıqlarından əziyyət çəkir", - materialın müəllifi qeyd ediblər.

Onun sözlərinə görə, Amerika tərəfi gərginliyin artmasına maraq göstərməsə də, Britaniya tərəfi Kiyevi dəstəkləməkdə kifayət qədər aqressivdir .

Bundan əvvəl ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan yazıb ki, Fransa Xarici legionun əsas bölmələrindən birinin 100-ə yaxın əsgər və zabitini Ukrayna ərazisinə köçürmək barədə rəsmi qərar qəbul edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm