Bakıda yeni marşrut xətti açılır - 40 avtobus işləyəcək
Bizi izləyin

Nəqliyyat

Bakıda yeni marşrut xətti açılır - 40 avtobus işləyəcək

İyulun 25-dən 28-dək keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalına bilet alan tamaşaçıların daşınması üçün ekspres marşrut xətti təşkil ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, marşrut xətti üzrə avtobuslar Səməd Vurğun bağı (Dilarə Əliyeva küçəsindən) - Nardaran qəsəbəsi, “Sea Breeze” istirahət mərkəzinə hərəkət edəcəklər. Daşımalara ümumilikdə 40 avtobusun cəlb edilməsi nəzərdə tutulub.

Ekspres xətt üzrə avtobuslar saat 15:45-dən fəaliyyət göstərəcək, eyni zamanda tədbir bitdikdən sonra tamaşaçıların əks istiqamətə daşınması təmin ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm