Bakıda qadın avtomobillə həmcinsini vurub qaçdı
Bizi izləyin

Nəqliyyat

Bakıda qadın avtomobillə həmcinsini vurub qaçdı

Bakıda yol-nəqliyyat hadisəsi törədərək uzaqlaşan qadın sürücü tutulub.

Publika.az xəbər verir ki, oktyabrın 22-də saat 13 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini G.Kazımova vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ford” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini R.Yusifova saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm