Bakıda bu iki marşrutun hərəkət istiqaməti DƏYİŞDİ
Bizi izləyin

Nəqliyyat

Bakıda bu iki marşrutun hərəkət istiqaməti DƏYİŞDİ

Bakıda təmir işi ilə əlaqədar iki marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, dəyişiklik Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olacaq. Bununla bağlı 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.

3 nömrəli marşrut Parlament prospekti – İzzət Nəbiyev küçəsi – Mikayıl Müşfiq küçəsi, daha sonra öz xətti üzrə hərəkət edəcək.

31 nömrəli marşrut isə “İçərişəhər” metro stansiyası istiqamətində Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə, Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi – Badamdar şosesi daha sonra öz xətti üzrə işləyəcək

Oxumağa davam et
Reklam
Reklam

Gündəm