Azərbaycan 171 vətəndaşını Rusiyadan çarter reysi ilə gətirdi
Bizi izləyin

Nəqliyyat

Azərbaycan 171 vətəndaşını Rusiyadan çarter reysi ilə gətirdi

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiyadan Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 18-də üç çarter reysi yerinə yetirib.

Publika.az xəbər verir ki, reyslər paytaxt Moskva şəhərinin "Domodedovo" və "Vnukovo" hava limanından həyata keçirilib.

Sonuncu çarter reysi "Airbus A340" tipli təyyarə ilə Moskvanın "Vnukovo" hava limanından yerinə yetirilib və 52 Azərbaycan vətəndaşı Bakıya yola salınıb.

Ümumilikdə isə martın 18-də 171 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm