Yol polisi: Aprel ayı ərzində 35156 nəfər cərimələnib
Bizi izləyin

Nəqliyyat

Yol polisi: Aprel ayı ərzində 35156 nəfər cərimələnib

Son 21 gün ərzində ölkədə inzibati məsuliyyətə cəlb edilən hərəkət iştirakçılarının sayı açıqlanıb.

Publika.az Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 35 156 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

21.04.2020-ci il saat 00:00-dan 22.04.2020-ci il 00:00-dək olan müddət ərzində isə DYP əməkdaşları tərəfindən respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 822 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm