Santa Klaus 75 qocanı koronavirusa yoluxdurdu
Bizi izləyin

Nəqliyyat

Santa Klaus 75 qocanı koronavirusa yoluxdurdu

Belçikada qocalar evində koronavirusa kütləvi yoluxma qeydə alınıb. Virusu böyük ehtimalla qocalar evinə dəvət olunan Santa Klaus yayıb.

Publika.az "Sky News"a istinadla xəbər verir ki, hadisə Antverpen şəhərində baş verib. Belə ki, Santa Klaus paltarında tədbirə qatılan şəxsdə virus tapılıb. Bundan sora qocalar evində aparılan test nəticəsində 75 nəfərin bu virusa yoluxduğu məlum olub. Yoluxan şəxslərdən 14-ü müəssisənin əməkdaşıdır.

Bələdiyyə meri Vim Keyers bəyan edib ki, Santa Klausun səfəri təqaüddə olan şəxsləri ruhlandırmaq üçün təşkil olunub. İndi yerli rəhbərlik vəziyyəti nəzarət altına almaq və təqaüdçülərə yardım etmək üçün mümkün olan hər şeyi edir. Bələdiyyə Santa Klausun dəvətinin yanlış olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm