İctimai nəqliyyatın fəaliyyəti dayandırıldı
Bizi izləyin

Nəqliyyat

İctimai nəqliyyatın fəaliyyəti dayandırıldı

Bu gündən mayın 3-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Publika.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar 1 may saat 00:00-dan 3 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm