Nəqliyyat
Bu dəmir yolu xətti turistlərin sayını artıracaq - Deputat
Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun istifadəyə verilməsi paytaxtdan Qəbələyə dəmir yolu vasitəsi ilə səfər etməyə imkan yaradacaq. Qeyd edək ki, sözügedən dəmir yolu xəttinin uzunluğu ox üzrə 42,3 km, yan yollarla birlikdə isə 44,49 km-dir. Ləki stansiyası-Qəbələ birxətli dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə, torpaq yatağı yüksək qazma (90 m) və tökmələrdən (12 m) keçir.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.
Deputat bildirib ki, bu dəmir yolunun istifadəyə verilməsi daxili və gəlmə turizmin inkişafı baxımdan vacib hesab olunur: “Qəbələ turistlərin ən çox səfər etdiyi rayonlarımızdandır. Turizmin inkişafı Qəbələ rayonunun iqtisadi göstəricilərinə də təsirsiz ötüşməyib. Rayonda yerləşən hotellərdə rəsmi qeydiyyatdan keçməklə qalanların sayı son 5 ildə 31 dəfə artıb. 2015-ci ildə sözügedən rayonda 5909 nəfər hotellərdə qalmışdırsa, pandemiyadan əvvəlki il bu rəqəm 186431-dək yüksəlib. Həmin müddətdə hotellərin gəliri 393 min manatdan 30 milyon 919 min manatadək artıb. Hotellərdə nömrələrin sayı son 5 ildə 196-dan 1127-ə çatıb. Bu da birbaşa turizm sektorunda tələbin artması ilə bağlı olmuşdur. Turizmin inkişafı yan sahələrə də təsir edib. Belə ki, Qəbələdə son 5 ildə pərakəndə ticarət dövriyyəsi 32 faiz artaraq 197 milyon manata çatıb. Həmin müddətdə ictimai iaşənin dövriyyəsi 7 milyon 554 min manatdan 14 milyon 774 min manatadək yüksəlib”.
V.Bayramovun sözlərinə görə, əcnəbi turistlərin qatarla səfərlərə üstünlük verdiyini nəzərə alsaq, bu, gəlmə turizminin inkişafına da xüsusi töhfə verəcək: “Bu baxımdan yeni dəmir yolu xəttinin istifadəyə verilməsi Qəbələyə səfər edən turistlərin sayının artmasına gətirib çıxaracaq. Qeyd edək ki, Bakıdan Qəbələyə gedən dəmir yolu xəttində İsveçrənin “Stadler” şirkətinin istehsalı olan “Kiss” markalı elektrik qatarlarından istifadə olunacaq. Yolda orta sürətin saatda 100 km olması nəzərdə tutulur ki, bu da Bakıdan gedən sərnişinlərin 3 saat sonra Qəbələyə təhlükəsiz və rahat şəraitdə çatmasını təmin etmiş olacaq”.
Akqabay
-
Dünya12:06
Kadırov maddi yardım təklif etdi: Azərbaycan bu cavabı verdi
-
Sosial11:54
Abşeronda dəhşətli hadisə: Həbsdən çıxan kişi... - VİDEO
-
Sosial11:36
Çağırış yaşının yuxarı həddinin azaldılması təsdiqləndi
-
Nida Xəbər 10:58
Rusiya hadisədən iki həftə əvvəl... - Qəza ilə bağlı şok faktlar üzə çıxdı
-
Maraq dünyası10:14
İlan ilində bu hədiyyələri vermək olmaz - Astroloq xəbərdarlıq etdi
-
İdman08:48
Miqrenin müalicəsində İNQİLABİ KƏŞF
-
ABŞ08:12
Bu ölkədə quş qripi mutasiyaya uğradı - İLK YOLUXMA
-
ABŞ08:00
ABŞ-da 4 yaşlı uşaq dayanacaqda GÜLLƏLƏNDİ - Anası öldürüb?