Bakıda bu yolda yük maşınına görə tıxac yarandı - YENİLƏNDİ
Bizi izləyin

Nəqliyyat

Bakıda bu yolda yük maşınına görə tıxac yarandı - YENİLƏNDİ

Bakıda texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalan yük maşını ərazidən götürülüb.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Yolda nəqliyyatın hərəkətinə yaranmış məhdudiyyət aradan qaldırılıb.

***

Bakıda Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, köməkçi yolda anbara daxil olan yük avtomobili texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, nəticədə Qələbə dairəsi istiqamətində hərəkət məhdudlaşıb və yolda sıxlıq yaranıb.

Mərkəzin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Hərəkətin bərpa olunması istiqamətində işlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm