Nəqliyyat
Bu yolda iki yeni piyada keçidi inşa olunur - VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 69-cu km-də yolun hər iki hərəkət istiqamətində (Qaradağ rayonunun Ələt qəsəbəsindən keçən hissə) iki yerüstü piyada keçidinin tikintisini aparır.
Publika.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Məlumata görə, layihə üzrə keçidlərin uzunluqları 30 metr, hərəkət hissələrinin eni 3.5 metrdir. Yol səviyyəsindən hündürlükləri 5.5 metr təşkil edən keçidlər torşəkilli metal konstruksiyadan ibarətdir.
Artıq keçidlərin platformalarının quraşdırılması işləri aparılıb.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçidlərdə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
-
Magazin105:15
“Bəziləri kimi telefonla klip çəkdirməmişəm” - VİDEO
-
İdman02:42
"Lokomotiv"in bəyənmədiyi qapıçıya Avropa klubu ELÇİ DÜŞDÜ - FOTO
-
Sosial01:41
İLGİNC OLAY: həbsxanada olarkən adına cərimələr gəldi - VİDEO
-
Ekologiya00:45
Bu rayonu dolu vurdu - FOTO
-
Sosial00:30
Ağstafadan ÜZÜCÜ XƏBƏR: 43 nəfər xəstəxanaya yerləşdirildi - YENİLƏNDİ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Mühüm olay yaşanacaq
-
Magazin122 İyun 23:24
Elza Seyidcahan özünü tanınmaz hala saldı - FOTO
-
Elm və təhsil22 İyun 22:15
Azərbaycanda 65 yaşlı müəllim REKORDA İMZA ATDI - FOTO