Nəqliyyat
Naxçıvana biletlərin qiyməti dəyişib? - AZAL-dan AÇIQLAMA
![](https://publika.az/storage/2024/06/30/sdsd.jpg?v1719934809)
Azərbaycanın milli aviadaşıyıcısı AZAL tarixində ilk dəfə olaraq Qarabağa müntəzəm reyslərə başlayacaq. Belə ki, aviaşirkət iyulun 13-dən etibarən Bakıdan Füzuli şəhərinə və əks istiqamətdə müntəzəm uçuşlar həyata keçirəcək.
Bu barədə Publika.az-a "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.
Uçuşlar həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Füzuliyə bir tərəfə aviabiletin qiyməti 78 manat təşkil edir. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər yük daxildir. Biletlər yaxın zamanlarda AZAL-ın saytında satışa çıxarılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən Bakı-Naxçıvan-Bakı marşrutunun sosial aspektləri nəzərə alınaraq, bu marşrut üzrə aviabiletlərin tarifi Azərbaycan Respublikasının vətəndaşları üçün dəyişməz qalıb, xarici vətəndaşlar üçün isə kommersiya şərtlərinə uyğun olaraq müəyyənləşdiriləcək.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Nəqliyyat19:36
“BakıKart” adından dələduzluq edilir - Sərnişinlərə XƏBƏRDARLIQ
-
Elm və təhsil19:24
Yeni məktəbin direktoru vəzifəsindən AZAD EDİLDİ
-
Cənubi Qafqaz19:00
Gürcü keşiş şortikli qızla bağlı belə QƏRAR VERDİ - VİDEO
-
Sosial18:30
Səlim Müslümova AĞIR İTKİ
-
Ekologiya18:18
Bu çaydan sel keçir - FAKTİKİ HAVA
-
Sosial17:55
Türkiyədə 14 manata satılan dərman Bakıda 70 manata satılır
-
Sosial17:13
Seçki məntəqələrinin yeni sədrlərinə nəzarət etmək lazımdır
-
Sosial16:08
"İlin iş xanımı" seçilən direktor buna görə saxlanıldı - VİDEO