Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Bizi izləyin

Nəqliyyat

Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar iyulun 13-də saat 06:00-dan iyulun 14-də saat 22:00-dək Mətbuat prospektində (Mikayıl Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək, Mikayıl Müşfiq dairəsi də daxil olmaqla) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Publika.az-a bildirilib ki, tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 3, 29, 31, 53, 77, 96, 205 və 206 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Abbasqulu Abbaszadə küçəsi, Hüseyn Cavid prospekti, Bəxtiyar Vahabzadə küçəsi, Məmməd Rəhim küçəsi, Ayna Sultanova küçəsi ilə təşkil ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm