Bu ölkədən Bakıya birbaşa reyslər açıla bilər
Bizi izləyin

Nəqliyyat

Bu ölkədən Bakıya birbaşa reyslər açıla bilər

Azərbaycana birbaşa aviareyslərin açılması üçün Misirin aviadaşıyıcıları ilə danışıqlar aparılır.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misirin Milli Gününə həsr olunmuş tədbirdə deyib.

Nazir qeyd edib ki, pandemiyadan sonra Misirdən Azərbaycana gələn turistlərin sayı son iki ildə iki dəfə, Misirə gedən Azərbaycan vətəndaşlarının sayı 3 dəfəyə yaxın artıb.

“Birbaşa reyslər bu rəqəmləri daha da artıra bilər”, – deyə R.Nəbiyev əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm