İki helikopter havada toqquşdu: Pilotlar öldü
Bizi izləyin

Nəqliyyat

İki helikopter havada toqquşdu: Pilotlar öldü

Avstraliyanın qərbindəki Camballin bölgəsində iki helikopter havada toqquşub.

Publika.az xəbər verir ki, bununla bağlı Avstraliya polisi açıqlama verib.

"Qərbi Avstraliya əyalətinin Camballin qəsəbəsindəki Mount Anderson stansiyası yaxınlığında bədbəxt hadisə baş verib. Toqquşan helikopterlər "Robinson R22" markasına məxsusdular. Sərnişinləri olmayan helikopterlərdə iki pilot qəza zamanı aldıqları xəsarətlərdən dünyasını dəyişib", - məlumatda deyilir.

Polis yerli vaxtla saat 6:20-də baş verən qəzanın iki helikopterin mal-qara yükləyib havaya qalxdığını, daha sonra isə toqquşduğunu deyib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm