Nəqliyyat
Bakının mərkəzi ərazilərində yenilik tətbiq ediləcək - Video
Paytaxtın mərkəzi ərazilərində nəqliyyat vasitələri üçün sürət həddinin saatda 50 kilometrə qədər endirilməsi planlaşdırılır.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu dəyişiklik "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na əsasən həyata keçiriləcək.
Baş plana uyğun olaraq, şəhərin mərkəzi hissəsində piyada infrastrukturunun əsaslı şəkildə genişləndirilməsi nəzərdə tutulur. Əsas hədəf paytaxtda geniş piyada şəbəkəsinin qurulması, eləcə də rahat və müasir hərəkət mühitinin yaradılmasıdır. Hazırda məhdud olan piyada zonaları daha geniş sahələri əhatə edəcək və şəhər mərkəzində fasiləsiz marşrutlar formalaşacaq.
Nəqliyyat məsələləri üzrə ekspertlərin fikrincə, sürət həddinin endirilməsi paytaxtda yol-nəqliyyat hadisələrinin sayını minimuma endirməyə və piyadalar üçün daha təhlükəsiz mühit yaratmağa imkan verəcək. Bütün bu dəyişikliklər Bakının mərkəzində hərəkətin daha rahat və fasiləsiz olmasını təmin edəcək.
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar























.jpg)















