Nida.az
"Elə azərbaycanlılar var ki, Krımın Rusiyaya birləşdirilməsinin tərəfdarıdır"- Azərbaycanlı icmasının rəhbəri
Krım Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov AzadlıqRadiosuna müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
-Vəziyyət daha da gərginləşib. Ukrayna hərbi hissələri bir-bir mühasirəyə alınır, hərbçilərdən də tələb olunur ki, Rusiyaya xidmət edəcəklərinə and içsinlər.
- Kiyevlə Krım arasında əlaqələr necədir?
Adamların paytaxtdan və digər bölgələrdən Krıma gediş-gəlişində
hansı problemlər var?
- Nəqliyyat işləyir, sadəcə, Krıma girişdə postlar qurulub və
gəlib-gedənlərin hamısı yoxlanılır. Bir də Ukraynanın qərb
bölgəsindən olanların Krıma girməsi problemlidir, onları yoxlayıb
geri qaytarırlar.
-Nəyi səbəb göstərirlər?
- Yeni Krım hakimiyyətinin fikrincə, Kiyev buraya öz adamlarını yerləşdirə və onlar da öz növbəsində hansısa addımlar ata bilərlər.
-Martın 16-da Krımın Rusiyaya
birləşdirilməsinə dair referendum təyin edilib. Muxtar respublikada
yaşayan Krım tatarları, karaimlər, azərbaycanlılar və digər qohum
xalqların bu referenduma münasibəti necədir, kim hansı mövqeni
dəstəkləyir?
- Krım tatarlarının bu məsələdə mövqeyi birmənalıdır. Krım-tatar
məclisinin sədri Refat Çubarov tam aydın şəkildə bəyan edib ki,
onlar referendumu tanımadıqlarından səsverməyə qatılmayacaqlar.
Digər yerli sakinlər arasında bəlli fikir ayrılığı var. Bəziləri
düşünür ki, Rusiyaya birləşmək lazımdır, bəziləri bunu qəbul etmir.
Rusmənşəli və rusdilli əhalinin çoxu Rusiyanı istəsə də, onların
arasında Krımın Rusiyaya birləşdirilməsini istəməyənlər də var.
Krımda yaşayan azərbaycanlılara gəlincə, bu 10 mindən çox
azərbaycanlının arasında da vahid fikir yoxdur. Bəziləri
referendumu boykot edir, amma elələri də var ki, muxtar
respublikanın Rusiyaya birləşdirilməsinin tərəfdarıdır.
-Bu durumda səsvermə gözlənilmədən Ukraynanın xeyrinə dəyişə bilər?
-Təəssüf ki, Ukraynaya meylli qüvvələrin bu məsələyə təsir göstərmək imkanları zəifdir. Krımın yeni rəhbərliyi bəyan edib ki, əhalinin 75 faizə yaxını yarımadanın Rusiyaya birləşdirilməsini istəyir. Məncə, bu faiz daha çox olacaq. Axı referendumun taleyi nə qədər adamın səs verməsindən asılı olmayacaq.
-Niyə belə
düşünürsünüz?
- Birincisi, referenduma az adam qatılacaq. İkincisi, Ukraynaya
meylli əhali də anlayır ki, onların necə səs verməsi heç nəyi
dəyişdirməyəcək. Bu baxımdan referendumun nəticələrini
proqnozlaşdırmaq elə də çətin deyil.
-Ukrayna ordusunun hazırlıq vəziyyətinə gətirildiyi barədə sosial şəbəkələrdə məlumatlar yayılır. Əhalinin bu hazırlığa münasibəti necədir?
- Rusiya qoşunlarının Ukraynaya yeridilməsindən sonra bəlkə də ilk dəfə mən çıxış edib dedim ki, bu orduları qarşı-qarşıya qoymaq olmaz. Çünki Ukrayna ordusu çox zəifdir. Məlumatlar var ki, Ukrayna sərhədinə 220 minədək rus əsgəri toplanıb. Ukrayna ordusunda heç bütövlükdə bu qədər əsgər yoxdur. Fikrimcə, ordunun bu məsələyə qoşulmayacağı barədə Ukrayna rəhbərliyinin bəyanatla çıxış etməsi daha doğru addım olardı.
-Adamların bu məsələdə gözləntisi nədir?
Vəziyyətin düzələcəyi ilə bağlı daha çox kimə və nəyə ümid
bəslənir?
- Ukraynanın bütün ümidləri Qərbədir. Qarabağ məsələsindən fərqli
olaraq Qərb Krım məsələsində birmənalı şəkildə Ukraynanı
dəstəkləyir. Biz Qərbin bu məsələdə ildırımsürətli reaksiyasının
şahidi olduq.
-Ukraynalılar Moskva ilə müqayisədə Qərbi hansı obrazda görür və ya görmək istəyirlər?
- Ukraynalılar istəyirlər ki, Qərb ilk növbədə Rusiyanın qarşısını siyasi təzyiqlərlə alsın. Bundan başqa adamlar ümidlidir ki, bu məsələdə Rusiyaya qarşı iqtisadi sanksiyalar müsbət nəticələr verə bilər. Müharibəni heç kim istəmir – bəzi qüvvələr bu sözü səsləndirsə də. Çoxluq vəziyyətin sakitliklə başa çatmasını istəyir.
-Krım məsələsində Azərbaycanın tutduğu
mövqeyə Ukraynada necə yanaşırlar?
- İndi Ukrayna elə durumdadır ki, ən kiçik dəstəyə də ehtiyacı var.
Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi çox müsbət
qiymətləndirilir. Azərbaycandan hansısa addım atmasını deyil,
sadəcə, Krımda yaşayan azərbaycanlıların taleyindən narahatlığı
dilə gətirmələrini umuruq. Bununla hamı bilər ki, gərginlik sürən
bölgədə azərbaycanlılar da var və Azərbaycan dövləti onların
taleyinə biganə deyil. Bu, bizə böyük mənəvi dəstək olardı. Dünyada
yeganə icmayıq ki, bizlərin – Krımda yaşayan azərbaycanlıların
basqısıyla Xarkov vilayətinin erməni soyqırımı ilə bağlı qərarını
ləğv etdirmişik. Bu baxımdan Azərbaycandan gözləntilərimizdə
haqlıyıq.
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO