Nida.az
Dünyanın Türkiyə və Azərbaycan qorxusu - “Bakı və Ankara super güc olacaq” - VİDEO
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) leqal üzü hesab
olunan “Stratfor” Araşdırmalar Mərkəzinin direktoru, məşhur
amerikalı politoloq Corc Freedman yaxın gələcəkdə Qafqazda və bu
çevrədəki regionda dəyişəcək siyasi tarazlığı
açıqlayıb.
Publika.az xəbər verir ki, C. Freedman Ankara və
Bakının güclü bir ittifaq qurduqlarını və yaxın gələcəkdə bu
güclərin böyük söz sahibinə çevriləcəyini bildirib.
Türkiyənin “A haber” telekanalının ötən ay hazırladığı reportajda
C. Freedman deyir: “Türkiyə Orta Şərqi, Orta Asiyanı və Balkanları
ələ alaraq böyük bir gücə çevriləcək. Paytaxt Ankaradan İstanbula
köçürüləcək. Ağdəniz və Qara dəniz türk gölünə çevriləcək. Neo
Osmanlı nəzəriyyəsi gerçəkləşəcək və Türkiyə Osmanlı imperiyasına
yenidən hökm edə biləcək”.
Amerikalı politoloq artıq bu prosesin başladığını vurğulayıb.
“Artıq bu prosesin izlərini görə bilirik. Türkiyə İslam
coğrafiyasında getdikcə digər ölkələr üzərində təsir imkanlarını
genişləndirir. Balkanlarla da öz təsirlərini artırır. Qafqazda
Azərbaycan və Gürcüstanla güclü bir ittifaq qurdu. Bu ölkənin iki
özünəməxsus xüsusiyyəti var. Güclü ordu və canlı iqtisadiyyatı.
Hazırda Türkiyə iqtisadiyyatına görə dünyada 17-ci yerdədir və
hesab edirəm ki, 2020-ci ilə qədər o, onluğa daxil olacaq. Qısası
regionalı güc ola bilmək üçün Türkiyənin hər şeyi var. Əsas əngəl
daxili problemlərdir. Lakin Türkiyə bu problemi aradan qaldıra
biləcək. Hazırda onun super güc olmağa psixoloji durumu hazır
deyil. Türkiyə psixologiyasını super güc olmağa hazırlamalıdır.
Yaxında Avropa Birliyi böhranla birgə çökmə prosesinə girəcək və
Türkiyənin daha bu birliyə ehtiyacı qalmayacaq. Əksinə avropalılar
Türkiyə ilə çox maraqlanacaqlar. ərəb dünyası da Türkiyənin hökmünü
qəbul edəcək”, - deyə C. Freedman bildirib.
Asif Nərimanlı
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı