Nida.az
Azərbaycan BMT ekspertlərinin bəyanatına münasibət bildirdi
Azərbaycanın Cenevrədəki BMT ofisi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi insan haqları üzrə bir qrup BMT ekspertinin 20 avqust tarixində Azərbaycan barədə yaydığı bəyanata münasibət bildirib.
APA-nın xəbərinə görə, nümayəndəlik bu bəyanatı əsassız və
qeyri-obyektiv adlandırıb.
Daimi nümayəndəlik birinci instansiya məhkəməsinin hökmü ilə bağlı
dəqiq məlumat əldə etmədən BMT-nin insan hüquqları ekspertlərinin
bəyanat verməsindən dərin narahatlıq keçirdiyini bildirib:
“Fundamental insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların
maraqları çərçivəsində qanunun aliliyinin təmin olunması hökumətin
proritet vəzifəsidir. Konkret cinayət aktları törədən şəxslər
məhkəmə qarşısına çıxarılıblar və bütün cinayət işləri obyektiv
şəkildə, qanunvericiliyə tam uyğun və Azərbaycanın beynəlxalq
öhdəlikləri əsasında həyata keçirilib. Azərbaycan hüquq cəmiyyət
qurmaq istiqamətində qətiyyətlə irəliləyir. Qanunun aliliyinin əsas
prinsiplərindən biri budur ki, bütün insanlar qanun qarşısında
bərabərdirlər. Bu, özünü insan hüquqları müdafiəçisi adlandıraraq
cinayət törədən şəxslərə də aiddir. İnsan haqları məsələsi
qeyri-qanunu fəaliyyətlə məşğul olmağa haqq qazandırmır. Daimi
nümayəndəlik Leyla Yunus və Arif Yunusla bağlı 13 avqust tarixli
məhkəmə hökmünün mahiyyətini qəsdən təhrif etmək kimi cəhdləri
pisləyir”.
Daimi nümayəndəlik hesab edir ki, konkret məhkəmə qərarları və
cinayət işləri ilə bağlı dəqiq məlumatlar əldə etmədən
qeyri-obyektiv ictimai bəyanatlar vermək, o cümlədən cinayət işi və
məhkəmə qərarlarını siyasiləşdirmək məhkəmə işinə birbaşa
müdaxilədir və qanunun aliliyinə təzyiqdir ki, bu da
qəbuledilməzdir: "BMT insan haqları ekspertlərini mandatları
çərçivəsində müstəqil və məsuliyyətli şəkildə fəaliyyət göstərməyə
və Azərbaycana qarşı qarayaxma kampaniyalarına cəlb olunmaq
səylərini dəf etməyə çağırırıq. Azərbaycan Respublikası insan
hüquqları və azadlıqlarının qorunması və təbliği prinsipinə
sadiqdir və BMT insan haqları ekspertlərini hazırkı əməkdaşlığı
konstruktiv ruhda davam etdirməyə dəvət edir”.
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO