Onlar niyə Dağıstan marşrutunu seçdi? - İddia
Bizi izləyin

Nida.az

Onlar niyə Dağıstan marşrutunu seçdi? - İddia

Onlar niyə Dağıstan marşrutunu seçdi? - İddia


“İsa Qəmbərin müavinləri doğrudan da Ukraynaya getmək istəsəydilər, başqa marşrut seçərdilər. Çünki Ukrayna ilə Rusiya münaqişədədir, Rusiya ərazisindən ora gedən insanlar təbii ki, saxlanacaqlar. Bunu bilə-bilə Krıma Dağıstandan getmək gülüş doğurur”.

Bu barədə Yaşıllar Partiyasının sədri Mayis Güləliyev Publika.Az -a açıqlamasında Müsavat başqanının müavinləri Arif Hacılı ilə Gülağa Aslanlının Krıma gedərkən Mahaçqalada Rusiya polisi tərəfindənn saxlanılaraq geri qaytarılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, marşrutu Avropadan, Türkiyədən, yaxud digər yerdən seçmək olardı: “Bu marşrutun daha asan və ucuz başa gəldiyini desələr bu, doğru deyil. Bu baxımdan, doğru yol seçməyiblər. Getmək istəyən istənilən yol tapıb gedərdi. Hesab edirəm ki, bu addım daha çox gündəmdə qalmaq, adlarının hallanması üçün atılıb”.

M. Güləliyev qeyd edib ki, Azərbaycan dövləti Ukraynanın ərazi bütövlüyünə dəstək verdiyini bəyan edib. Onun sözlərinə görə, bu məsələ beynəlxalq təşkilatlarda da qaldırılsa, Azərbaycan yenə həmin mövqeni nümayiş etdirəcək: “Bu, da dövlət səviyyəsində verilən ən böyük dəstəkdir. Bu partiya nümayəndələri səviyyəsində Ukraynaya, Krıma nə dəstək verə bilər? Verəcəkləri dəstəyin də Ukrayna üçün heç bir əhəmiyyəti yoxdur. Sadəcə olaraq, Azərbaycan müxalifətinin bu cür adım atması hadisələrdən özləri üçün yararlanmaq məqsədi daşıyır. Halbuki onların nüfuzları yoxdur. Hesab edirəm ki, bu addım gündəmdə qalmaq və populist bir addım idi”.

Arif Hacılı isə bildirib ki (http://publika.az/p/10401), Müsavat başqanı İsa Qəmbər, müavini Gülağa Aslanlı Kiyevdə olmuşdular və avromeydanda iştirak edərək orda çıxış etmişdilər: “Ukraynanın indiki rəhbərliyində təmsil olunan şəxslərlə də görüşmüşdülər. Bizim Krımda getmək, ordakı demokratik qüvvələrə, eyni zamanda Ukraynanın ərazi bütövlüyü uğrunda mübarizə aparan Krım tatarlarına dəstək vermək cəhdimiz bu prosesin tərkib hissəsidir. İstər Kiyevdə, istər Ukraynanın digər yerlərində, o cümlədən Krımda gedən proseslərlə bağlı Müsavat Partiyası sistemli şəkildə açıqlamalar verir, Azərbaycan və beynəlxalq ictimaiyyətin diqqətinə bu məsələlər çatdırılır. Biz çalışacağıq ki, Ukraynada fəaliyyət göstərən demokratik qüvvələrə, avtointeqrasiya tərəfdarlarına dəstək verək. Bu baxımdan bizim Kiyevə və Ukraynanın digər şəhərlərinə səfərlərimiz yenə də ola bilər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm