Nida.az
Kremldəki mənbənin şok Qarabağ açıqlaması: “Münaqişənin açarı...”
Rusiya xarici işlər naziri Sergey Lavrov dünən Bakıya
baş çəkdi və Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağ problemini
müzakirə etdi.
Publika.az xəbər verir ki, Rusiyanın
“Kommersant” nəşri Lavrovun Bakı səfərini münaqişənin həlli
kontekstində şərh edib.
Nəşr yazır ki, Rusiya XİN-i səfərin əvvəldən razılaşdırıldığını
deyir: “Lakin Lavrovun Bakıya gözlənilmədən uçduğu məlumdur.
Sentyabrın 1-də Lavrov proqrama uyğun olaraq Prezident İlham Əliyev
və xarici işlər naziri Elmar Məmmədyarovla görüşdü. Görüşün açıq
hissəsində cənab Əliyev Rusiya və Azərbaycan arasında
münasibətlərin uzun müddət əvvəl yaranan strateji əməkdaşlıq
olduğunu dilə gətirdi. Lavrov də öz növbəsində diqqəti ikitərəfli
iqtisadi əlaqələrə çəkdi. O, həmçinin dalana girən Dağlıq Qarabağ
danışıqlarının irəliləməsinə ümid etdiyini bildirdi. 1988-ci ildən
başlayan münaqişə indiyə qədər davam edir və vaxtaşırı olaraq,
Ermənistan-Azərbaycan təmas xəttində qurbanlarla müşahidə olunan
toqquşmalar baş verir”.
Nəşr Kremldəki mənbəyə istinadən qeyd edir ki, Rusiya
münaqişənin tezliklə həllini tapmasının lazım olduğunu anlayıb:
“Bu, ötən ilin sonunda baş verdi. Lakin heç bir sıçrayış olmadı və
regionda vəziyyət daha da pisləşdi. Lavrov Rusiya xarici
siyasətinin rəhbəri olaraq son bir il ərzində Qarabağ məsələsini
bir neçə dəfə qaldırıb”.
Rusiya XİN-dəki mənbə “Kommersant”a bunları deyib: “Rusiya
Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında rol oynayır. Lakin
biz tez-tez eşidirik ki, münaqişənin açarları Moskvadadır. Halbuki
açarlar Bakıda və İrəvandadır. Əsas odur ki, hər iki tərəf
silahları yerə qoysun”.
Nəşr Elmar Məmmədyarovun may ayında Lavrovla görüşünü
xatırladır: “Həmin görüşdə Lavrov razılığın əldə olunması üçün real
bazanın olduğunu dilə gətirdi. Sonra nazirlər iyulun 17-də
görüşdülər. Azərbaycan ekspertləri düşünürlər ki, Rusiya həmin
görüşlərdə Məmmədyarov vasitəsilə rəsmi Bakıya təklif göndərib və
bu, Azərbaycan rəhbərliyi tərəfindən pozitiv qarşılanmayıb.
Azərbaycan tərəfi də həmin təklifi Lavrovun Bakı səfərindən bir gün
əvvəl Ankarada türkiyəli müttəfiqləri ilə müzakirə edib”.
Nəşr onu da qeyd edir ki, Ermənistan tərəfi israrla “DQR”-i
münaqişə tərəfi olaraq göstərməyə çalışır, lakin Bakı bunu qəbul
etmir və heç vaxt qəbul etməyəcəyini bəyan edir.
“Münaqişə tərəfinin növbəti görüşü sentyabrın ortalarında baş
tutacaq. Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik xarici
işlər nazirlərinin BMT Baş Assambleyasında məsələni müzakirə
edəcəyini açıqlayıb. Dünən İrəvandakı diplomatik mənbə də bu
görüşün olacağını təsdiqləyib”, - deyə “Kommersant” məqaləsində
vurğulayıb.
Asif Nərimanlı
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."